Ləziz Çərəz

Quru meyvə, çərəzlər, ədviyyatlar və paxlalı sahələri üzrə Azərbaycanın lider şirkəti olan Valehlər MMC-nin markası olan Ləziz Çərəz-in (www.lezizcerez.az) veb saytına xoş gəlmisiniz. Biz ölkə üzrə və ölkəmizin sərhədləri xaricində keyfiyyətli məhsulların idxalı, ixracı, emalı və distribusiyası üzrə 30 ildən çox təcrübəsi olan ailə şirkətiyik. 

Kaliforniyadan badam, İrandan kişmiş, Səudiyyə Ərəbistandan xurma, Çilidən qoz, Türkiyədən Antep püstəsi, Hindistandan düyü və daha başqaları kimi dünyanın fərqli yerlərindən idxal edilmiş geniş məhsul çeşidi təklif edirik. Əlavə olaraq, ölkəmizdə yetişdirilən fındıq, qoz və badam kimi yerli məhsulları Avropa və Asyanın fərqli ölkələrinə ixrac edirik. Müasir fabrikamızda xüsusi diqqət ilə seçilən, təmizlənən, emal olunan, qablaşdırılan və ən yüksək gigiyenə və qida təhlükəsizliyi qaydalarına cavab verən anbarlarda saxlanılan məhsullarımızla qürur duyuruq. Akkreditasiya olmuş laboratoriyalar tərəfindən test edilən və sertifikatlaşdırılan məhsullarımızın təzəliyinə, keyfiyyətinə və ləzzətinə zəmanət veririk